Nazarbayevin qardaşı oğlu 100 milyon dolları geri qaytardıbackend

Nazarbayevin qardaşı oğlu 100 milyon dolları geri qaytardı

Qazaxıstanın hüquq-mühafizə orqanlarının təkidi ilə respublikanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı dövlət büdcəsinə 44,6 milyard tenge (98,6 milyon dollar) məbləğində vəsaiti geri qaytarıb.

KONKRET.az xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ötən ilin mayında departament məlumat vermişdi ki, istintaq başlayandan keçmiş dövlət başçısının qardaşı oğlunun işi üzrə dəyəri 1 milyard dollardan çox olan aktivlər geri qaytarılıb. Bir ay əvvəl bu rəqəm 1,4 milyard dollara çatıb.

Kayrat Satıbaldulı avtomobil qəzasında həlak olan Qazaxıstanın ilk prezidentinin qardaşı Satıbaldı Nazarbayevin oğludur. Kayrat “Skyline Investment Company S.A” şirkəti vasitəsilə Qazaxıstan telekommunikasiya xidmətləri bazarının dörddə birini inhisara almışdı. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində çalışıb, siyasət və bizneslə məşğul olub, Qazaxıstanın ən varlı adamlarından birinə çevrilib.

2022-ci il martın 13-də iş adamı vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom”un vəsaitlərini oğurlamaqda şübhəli bilinərək, Korrupsiyaya qarşı Mübarizə Xidməti tərəfindən saxlanılıb. Ertəsi gün şirkətin ofisində axtarışlar aparılıb, bir ay sonra iş adamının nəzarətində olan firmalar “Kazaktelekom”un 28,8%-lik payını dövlət mülkiyyətinə qaytarıblar.

Satıbaldı hazırda orta rejimli islah müəssisəsində cəza çəkir. Keçən ilin dekabrında o, şərti azadlığa çıxmaq üçün müraciət etmişdi, lakin məhkəmə onun bu iddiasını rədd edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*