Nazilə Səfərli Xoşqədəm Hidayətqızıya görə polisə çağırıldı – Hələ də İNKAR EDİRbackend

Nazilə Səfərli Xoşqədəm Hidayətqızıya görə polisə çağırıldı - Hələ də İNKAR EDİR

Şairə Nazilə Səfərli ilə tanınmış jurnalist Xoşqədəm Hidayətqızı arasında davam edən qalmaqala son qoyulub.

KONKRET.az-ın unikal.org-a istinadən məlumatına görə, Nazilə Səfərli Nizami Rayon Polis İdarəsinə dəvət edilib.

Məhkəmə qərarına uyğun olaraq, o, 500 manat məbləğində cərimə olunub. Qanunvericiliyə uyğun olaraq şairə tərəfindən ödəniş həyata keçirilib.

Hazırda onun barəsində heç bir axtarış yoxdur.

 

KONKRET.az xəbər verir ki, Nazilə Səfərli instaqram səhifəsində video açıqlama yayaraq məlumatın doğru olmadığını qeyd edib:

“Qarşıma xəbərlər çıxır ki, guya polis məni saxlayıb. Yazıblar ki, bölmədəyəm, 500 manat cərimə ödəmişəm. Reytinq xətrinə belə başlıqlar yazmaq lazım deyil. Bəzi izləyicilər vəziyyətimdən nigaran olublar. Onlara deyirəm ki, heç bir məntəqədə deyiləm, bağımdayam. 500 manat cərimə olunsam, onu da sizinlə paylaşaram, narahat olmayın! İndi başa düşdüm ki, başıma bir iş gəlsə, xalq olaraq mənim tərəfimdə olarsız”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*