Nazir: “Aşıq Ələsgərin heykəli ilə bağlı eskizlər qənaətbəxş hesab edilməyib”backend

Nazir: “Aşıq Ələsgərin heykəli ilə bağlı eskizlər qənaətbəxş hesab edilməyib”

Aşıq Ələsgərin heykəli ilə bağlı müsabiqənin birinci mərhələsində təqdim olunan eskizlər ekspert komissiyası tərəfindən qənaətbəxş hesab edilməyib.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

“Yeni eskizlər alınıb. Müsabiqədə gənc heykəltəraşlar da iştirak edir. Hesab edirəm ki, ikinci mərhələnin elan edilməsi müsabiqənin nə qədər şəffaf olduğunu göstərir. Ümid edirik ki, ikinci mərhələ zamanı təqdim olunan eskizlərdən biri seçiləcək”,- deyə nazir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*