Nazir dərman qiymətlərinin süni artırılmasından DANIŞDIbackend

Nazir dərman qiymətlərinin süni artırılmasından DANIŞDI

“Hazırda ölkədə kəskin dərman qıtlığı yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, dərman istehsalında istifadə olunan xammalın qiymətinin artması nisbətən qiymət artımına gətirib çıxarıb:

“Ancaq bu sahə daim nəzarətdədir. Dərmanlara qiymətləri Tarif Şurası təyin edir və qiymətlər qaydalara uyğun tənzimlənir. Əgər qiymətlərin süni şəkildə artırılma hallarına vətəndaşlar şahid olsa, Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng edib məlumat verə bilərlər. Bununla məşğul olan müvafiq qurumlar var, mütəmadi monitorinq keçirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*