backend

Nazir DYP rəisini işdən çıxardı

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polis (DYP) bölməsinin rəisi Ramin Bağırov vəzifəsindən azad edilib.

KONKRET.AZ “Report”a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, R.Bağırov işdən çıxarılıb.

Hələlik onun yerinə təyinat yoxdur.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı “Report”a təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*