Nazir: “Keyfiyyətli qida ilə təminat getdikcə çətinləşir”backend

Nazir: “Keyfiyyətli qida ilə təminat getdikcə çətinləşir”

“Qlobal iqlim dəyişikliyi kənd təsərrüfatı məhsullarının istehsalına mane olur”.

KONKRET.az “Report”-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycanda aqrar xidmətlərin gücləndirilməsi ilə bağlı 2 illik layihənin açılışı mərasimində deyib.

“Bu gün dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının dayanıqlı inkişafı ən vacib məsələlərdən biridir. Demoqrafik və ekoloji amillər insanların keyfiyyətli qida ilə təminatını getdikcə çətinləşdirir. İqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq kənd təsərrüfatı məhsullarının istehsalına getdikcə daha böyük maneələr törədir. Azərbaycan qlobal çağırışlara qoşularaq aqrar sahədə məqsədyönlü siyasət həyata keçirir”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*