Nazir müavininə yeni vəzifə verildibackend

Nazir müavininə yeni vəzifə verildi

Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib.

KONKRET.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial səhifəsində  məlumat verilib.

Qeyd edək ki, Elnur Soltanov 2004-2009-cu illərdə Texas Texnologiya Universiteti, Slippery Rock Universiteti və Truman Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. O, 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı işləyib, daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas Texnologiya Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb.

Həmçinin o, 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikası energetika nazirinin müavinidir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*