Nazir şəhid qardaşının şikayəti ilə bağlı tapşırıq verdi, araşdırma aparılırbackend

Nazir şəhid qardaşının şikayəti ilə bağlı tapşırıq verdi, araşdırma aparılır

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.

“Müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcəkdir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, düşmənin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov iddia edib ki, qardaşından “Komando” hərbi briqadasında xidmətə qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunub.
Sənan Əhmədov deyib ki, qardaşı ikiqat maaş almaq üçün komando briqadasına təyinat almaq istəyib: “Deyiblər ki, şirinlik verərsən həll edərik. 6 min istəyiblər. O isə bankdan 6 min manat kredit götürüb rüşvət verib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*