Nazir təxliyə edilən azərbaycanlı tələbələrdən danışdıbackend

Nazir təxliyə edilən azərbaycanlı tələbələrdən danışdı

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar 102 azərbaycanlı tələbə bu ölkədən avtobuslarla Naxçıvan Muxtar Respublikasına, oradan da xüsusi aviareyslə Azərbaycana gətirilib.

KONKRET.AZ xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Türkiyədə baş verən zəlzələdən sonra təxliyə edilən tələbələrimizlə bağlı məsələnin dövlət başçısının xüsusi nəzarətində olduğunu deyən C.Bayramov bildirib ki, hazırda geri qaytarılan tələbələr tətildədirlər:

“Sonrakı mərhələdə tələbələrin dərslərində hansısa fasilələrin yaranacağı ilə bağlı suallara müəyyən vaxtdan sonra dəqiq cavab veriləcək. Eyni zamanda, yenə də universitetlər tərəfindən təqdim olunan imkanlar, orada olan şərait, tələbələrin istəyi və seçimi ilə bağlı bir sıra məqamlar nəzərə alınmaqla növbəti addımlar atılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*