“Gələcək illərdə Azərbaycanla birlikdə tranzit bağlantılarla əlaqədar ortaq layihələrimiz olacaq”.
KONKRET.az-ın məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
O bildirib ki, Zəngəzur dəhlizi və Naxçıvan tranzit yolu vasitəsilə əlaqələr daha da möhkəmlənəcək.
“Bakı-Tbilisi-Qars xəttinin tikintisinin başa çatması nəticəsində Türkiyə ixracatda mühüm nəticələr əldə edib. Türkiyə gələcəkdə dəmiryolu xəttinə yatırımı artıracaq”, – nazir vurğulayıb.
