“Nədənsə Ermənistan hesab edir ki, onun əvəzinə KTMT ölkələri döyüşməlidir”.
KONKRET.az xəbər verir ki, bunu tanınmış rusiyalı iqtisadçı Aleksandr Razuvaev müsahibəsində deyib. Rusiyalı ekspertin fikrincə, Ermənistanın mövqeyi ucuz şantajdır və Moskva buna aldanmayacaq.
“Ermənistanın özü döyüşə bilmir və heç döyüşmək istəmir də. Əgər hər hansı bir xalq ğz vətəni uğrunda döyüşmək istəmirsə, bu ya qorxaqlıqdan, ya da acizlikdən xəbər verir. Ermənistan ordusunun əhval-ruhiyyəsi çox aşağıdır. Erməni diasporasına isə görünür ümumiyyətlə tarixi vətənin taleyi maraqlı deyil”, -deyə Aleksandr Razuvaev bildirib.
Ekspert ermənilərin vətənləri üçün başqalarının niyə vuruşmalı olduğunu da sual edib.
“Əslində, dünyadakı erməni diasporu Ermənistan əhalisini üstələyir və əhəmiyyətli maliyyə resurslarına malikdir. Ermənistan isə nədənsə hesab edir ki, KTMT ölkələri bunun üçün mübarizə aparmalıdır. O cümlədən türk ölkələri Qazaxıstan və Qırğızıstan. Rusiyanın özündə Tatarıstan, Başqırdıstan, Yakutiya kimi türk ölkəsi var. Yeltsin və Qraçovun vaxtı həmişəlik keçdi, Rusiya bir daha başqalarının maraqları üçün mübarizə aparmayacaq”.
Daha sonra Razuvayev Ermənistanın uçuz şantajla məşğul olduğunu bildirib.
“Ermənistanın mövqeyi ucuz şantajdır, Moskva bunu qəbul etməyəcək. Lakin bu, sözsüz ki, Kremli qıcıqlandırır. Məsələn, Belarus Moskvadan iqtisadi üstünlüklər istəyir, lakin o, öz problemlərini özü həll edir. Nə NATO, nə Fransa Ermənistan üçün döyüşməyəcək. Belə axmaq yoxdur. Bunun heç kimə xeyri yoxdur. Ancaq birləşib güclənən Şərqlə münasibətləri korlamaq üçündür”.
“TDƏŞ-ə üzv ölkələrin İstanbulda keçirilən VIII Zirvə Toplantısı çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ, Türk Şurası) adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb. Hazırda Türk Dövlətləri Təşkilatına Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir, Macarıstan onun fəaliyyətində müşahidəçi qismində iştirak edir. Sammit zamanı Türkmənistan təşkilata müşahidəçi ölkə kimi qəbul edilib. Rusiyanın Türk Dövlətləri Təşkilatına daxil olması düzgün olardı. Azərbaycan və Türkiyə isə Avrasiya İqtisadi Birliyindədir. Əminəm ki, gec-tez belə olacaq. Ermənistan müharibəni uduzub və onun problemləri elə ancaq öz problemi olaraq qalacaq”, -deyə Razuvayev vurğulayıb.
Xuraman Etibarlı
KONKRET.az
