“Nədir, NATO ilə müharibə etməliyik? – Putin-Makron görüşündə gərgin DİALOQbackend

“Nədir, NATO ilə müharibə etməliyik? – Putin-Makron görüşündə gərgin DİALOQ

Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla Moskvada baş tutan və 5 saatdan artıq davam edən görüşü mənalı və faydalı adlandırıb.

KONKRET.az xəbər verir ki, Putin Kiyevin Minsk razılaşmasına əməl etmədiyini deyib və NATO-nun siyasətini tənqid atəşinə tutub. Rusiya prezidenti Ukraynanın Krımı güc yolu ilə geri qaytarmağa çalışacağı təqdirdə müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Tərəflər Rusiyanın ABŞ və NATO-ya ünvanladığı təşəbbüslərlə bağlı fikir mübadiləsi də aparıblar. Putin vurğulayıb ki, Rusiyanın təkliflərində icrası mümkün olmayan bir dənə də bənd yoxdur: “Buna baxmayaraq Qərb tərəfdaşları öz cavabında NATO-nun genişlənməməsi, Rusiya sərhədləri yaxınlığında zərbə sistemlərinin yerləşdirilməməsi kimi bütün əsas məsələlərdən yayındılar. Beləliklə, bu mövzuda dialoq Rusiya üçün bitməyib” – deyə Putin fikirlərini yekunlaşdırıb.

Fransa prezidenti Makron bildirib ki, Rusiya və Avropa İttifaqı Ukraynadakı münaqişəni həll etməlidir. Onun sözlərinə görə, görüş zamanı tərəflər bu məsələ ilə bağlı mövqelərin kəsişdiyi nöqtələri müəyyən edə biliblər: “İndi biz hamımız Avropada sülh və sabitlik yolu tapmalıyıq. Bunun üçün hələ fürsət və vaxt var” – deyə Makron vurğulayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*