Dünya birjalarında neftin qiyməti bu növ xammala təklifin mümkün azalması fonunda cüzi artıb.
KONKRET.az xəbər verir ki, bunu birjaların məlumatları göstərir.
“Brent” markalı neftin noyabr fyuçersləri 0,18 % artaraq 1 bareli 92,06 ABŞ dollarına satılıb. WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti də 0,13% artaraq 1 bareli 84,05 ABŞ dolları təşkil edib.