“Neftçi” ilk yoxlama matçında qələbə qazandıbackend

"Neftçi" ilk yoxlama matçında qələbə qazandı

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib.

KONKRET.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçisi olduğu komanda qardaş ölkənin Superliqa təmsilçisi “Alanyaspor”la üz-üzə gəlib.

Görüş bakılıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, toplanış çərçivəsində “ağ-qaralar” daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*