“Neftçi” “Sivasspor”a qalib gəldibackend

“Neftçi” “Sivasspor”a qalib gəldi

Növbəti mövsüm üçün hazırlıqlarını Türkiyədə davam etdirən “Neftçi” bu gün növbəti yoxlama matçına çıxıb.

KONKRET.az xəbər verir ki, Roman Qriqorçukun komandası Türkiyə Superliqası təmsilçisi “Sivasspor”la qarşılaşıb. Oyun “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Neftçi”nin qollarını Mark Tamaş (45+3) və Yeqor Boqomolski (80) vurub.

“Neftçi” Türkiyədəki ilk yoxlama matçında “Alanyaspor”a 3:1 qalib gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*