Neftin qiyməti 183 dollara qədər arta bilər – ABŞ-ın Enerji Nazirliyibackend

Neftin qiyməti 183 dollara qədər arta bilər - ABŞ-ın Enerji Nazirliyi

Brent markalı neftin qiymətinin inkişaf ssenarilərindən biri onun bir barrelinin qiymətinin 183 dollara qədər bahalaşmağıdır.

KONKRET.AZ Rusiya mediasına istinadən xəbər verir ki, bu, 2050-ci ilə qədər baş verə bilər.

ABŞ-ın Enerji Nazirliyinin mütəxəssisləri hesab edirlər ki, sənaye yüksək xərclərlə üzləşərsə, neft bahalaşacaq.
Həmçinin, 30 ildən sonra Brent-in qiyməti bir barel üçün təxminən 105 dollar civarında qalacaq.

Xərclər aşağı düşərsə, neft markasının dəyəri bir barelə görə 46 dollara düşə bilər.

Hazırda Brent-in aprel neft fyuçersləri 1,19% aşağı düşüb və bir barrel üçün 58,21 dollar təşkil edib.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*