Nənəsigilə qonaq gedən yeniyetmə Kürdə batdıbackend

Nənəsigilə qonaq gedən yeniyetmə Kürdə batdı

Bakıdan Zərdaba nənəsigilə qonaq gələn yeniyetmə qız Kür çayında batıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Kür çayının rayonun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Bakı şəhər sakini Müzəffərli Əsma Pərviz qızı Kür çayının kənarında şəkil çəkmək istəyərkən ehtiyatsızlıq edib və suya düşərək boğulub.

Hadisə yerinə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin daığıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.

Hazırda onun meyitinin tapılması istiqamətində işlər davam etdirilir.

Fakt araşdırılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*