Nensi Pelosi Rusiyanın AGENTİDİR? – ABŞ ilə Çin BARIŞIR!backend

Nensi Pelosi Rusiyanın AGENTİDİR? - ABŞ ilə Çin BARIŞIR!

Çin və ABŞ ordular arasındakı əlaqələri bərpa edə bilər. Qeyd edək ki, bu ehtimal Bayden və Si Cinpinin son görüşündən sonra yaranıb.

KONKRET.az xəbər verir ki, iki ölkənin silahlı qüvvələri arasında əlaqə Nensi Pelosinin icazəsiz Tayvan səfərindən sonra kəsilib.

Hətta bundan sonra bəzi analitiklər Pelosini iki supergücü toqquşdurmaq tapşırığı almış Kreml agenti adlandırıb.

Xatırladaq ki, Çin və ABŞ liderlərinin 14 noyabr görüşündə iki ölkə arasında münaqişələrin qarşısını almaq üçün iş prinsiplərinin hazırlanmasına dair razılığa gəlinib. Bu isə Pelosi səliqəsizliyinin səhmana salınması və Rusiyanın qara ümidlərinin puça çıxmasıdır.

Görüşdə Ukraynadakı vəziyyətə də toxunulub və hər iki ölkə lideri nüvə silahının tətbiq olunması barədə təhdidlərə qarşı çıxdıqlarını bəyan edib. Onlar nüvə müharibəsi aparılmasının mümkünsüzlüyü və qalib tərəfin olmayacağı barədə ortaq fikir sahibidirlər.

Bu nə deməkdir?

– Çin Şanxay Əməkdaşlıq Təşkilatına rəğmən Rusiyaya qarşı olmasa da, uzaq mövqe tutur;
– Bu isə özünü Pekindən Londona istiqamətlənən tranzit marşrutunun Rusiya yox, Orta Asiya, İran, Azərbaycan və Gürcüstan üzərindən reallaşdıralacağı ilə təsdiqləyir;

Rusiyanın “B” planı

– Kreml bu iqtisadi xəttə mane olmaq üçün Cənubi Qafqaz stabilliyinin tarazlığını pozmaq fikrindədir;
– Hələ ki, İran iğtişaşları “bir yol, bir kəmər” layihəsinin islam respublikasından start götürməsini tormozlayır;
– Layihənin orta xətti Qazaxıstandan Xəzər dənizi ilə Azərbaycan və Gürcüstan marşrutu ilə nəzərdə tutulduğu üçün III Qarabağ savaşı rus planında ola bilər. Lakin 44 günlük savaş Azərbaycanın beynəlxalq layihələrinə mane ola bilməmişdi deyə, bu, plan “b”dən çox, “plombir”ə oxşayır. Yəni, tez əriyəcək və marşrutu dondurmayacaq;
– Rusiyanın Çinə mane olmasının tək yolu Qazaxıstan və Türkmənistanda Almatı olaylarını təkrarlamaqdır;

Digər tərəfdən, Orta Asiya ölkələrinin Moskvanın rəhbərlik etdiyi təsisatlarda yer alması rus probleminə başqa çözüm də tapa bilər. Ona görə də Kremlin əsas qayğısı Çinlə mübahisə predmeti olan Amur hövzəsidir.

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*