Netanyahu qayıdıb, Ağ Ev isə Corc Buşu gözləyir – Putinin SONU???backend

Netanyahu qayıdıb, Ağ Ev isə Corc Buşu gözləyir - Putinin SONU???

Benyamin Netanyahu 1996-cı ildə Baş nazir kimi Şimon Peresi əvəzləyib. Netanyahu ikinci dəfə bu posta 2009-cu ildə seçilib. 12 illik İsrail rəhbərliyi dövründə dünya idarəçilərindən biri hesab olunub.

KONKRET.az xəbər verir ki, Netanyahunun rəhbərlik etdiyi Likud partiyası parlament seçkilərində yenə qalib gəlib və ona yeni hökumətin qurulması həvalə olunub.

Rusiya lideri Putinin Benyamin Netanyahudan necə çəkindiyi heç kimə sirr deyil. Bunu onların təkbətək görüşlərinə nəzər salanda da anlamaq olar. Onun yoxluğunda Rusiyanın Yaxın Şərq mövqeləri möhkəmlənib və hazırda İranla koalisiya həddindədir. İranın isə Qəzza zolağındakı gərginliklərin mənbəyi, İsrailin əsas düşməni olması aşkardır. Yəni burada qəliz tapmaca yoxdur. İbrahim Rəisi edam komitəsində böyüyüb İran Prezidentliyinə yüksəlmiş və Xameneinin yerinə hazırlanan sərt siyasətçidir. Onun zəhmi Netanyahu kimi nüfuzlu liderlərin qarşısında bakirə təbəssümünə çevrilə bilər.

Rusiya-İran koalisiyası demişkən, bir vaxtlar Rusiya-İraq əməkdaşlığı da müzakirə mövzusu idi. Lakin Putin Corc Buşun Səddam edamına mane ola bilmədi. Heç buna çalışmadı. Deyilənə görə, guya Vaşinqton Moskvaya böyük məbləğdə pul vermişdi. Lakin Kremlin kənarda qalmasına Corc Buş xofu da demək olar. Hazırda Ağ Evdə Co Bayden-Tramp komediyası səhnələşdirilir. Conun səhhəti imkan versə, bu 2025 – Qarabağda rus sülhməramlılarının missiyası tamamlanana qədər davam edə bilər. Amma ABŞ-da növbədənkənar seçkilərin keçirilməsi mümkündür. Çünki Konqresin Nümayəndələr Palatasına nəzarət demokratlardan respublikaçılara keçib. Hər kəs Trampın şanslarının artdığını desə də, sürprizlər də mümkündür. Çünki ABŞ-ın eks Prezidenti Corc Buş da respublikaçıdır. Kiçik Buşun 17 noyabr Dallas açıqlamasının Rusiya-Ukrayna müharibəsinə aid hissəsi:

“Ukrayna qalib gələ bilər və bunu edir də. Amma ABŞ və azad dünya Ukraynanın mübarizəsini mənasız saysa, Kiyev məğlub olacaq. Rusiyanın hücumuna qədər Ukraynada sülhsevər demokratiya hökm sürürdü. Zelenski tarixə möhtəşəm lider kimi daxil olacaq, sadəcə Rusiya işğalına qarşı mübarizədə Amerika hər an Ukraynaya yardım göstərməlidir. Ukraynada uğursuzluq ABŞ-ın gələcək nəsillərinə mənfi təsir göstərəcək”.

Corc Buşun hakimiyyətə gəlməsi III Dünya savaşının başlaması kimi qiymətləndirilir. Amma yalnız bir dövlətə, yaxud Rusiya kimi imperialist federasiyaya hücum və onun liderinin devrilməsi dünya savaşı deyil. Bu belə olsaydı, Qərb koalisiyasının 2003-cü il İraq hücumu və Səddam Hüseyni devirməsi də dünya müharibəsi adlanardı.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*