İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdəki ofisində təhlükəsizlik məsələlərinə dair müşavirə keçirir.
KONKRET.az xəbər verir ki, məlumatı İsrail mediası yayıb.
Bildirilib ki, müşavirə ABŞ Prezidenti Donald Trampın İranın atəşkəs təklifinə cavabını rədd etməsindən və həftə sonunda Vaşinqtonda keçiriləcək İsrail-Livan birbaşa danışıqlarından əvvəl baş tutub.
İclasda regional təhlükəsizlik vəziyyətin və diplomatik proseslərin müzakirə olunduğu bildirilib.
