Bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Nəzakət Teymurova sağalıb.
KONKRET.az xəbər verir ki, bu barədə muğam ifaçısı sosial şəbəkədə məlumat verib.
Sənətçi müalicəsinə göstərdiyi köməyə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib:
“Hörmətli Mehriban xanım! Bir sənət insanı olaraq sizin qayğınızı hər zaman hiss etmişik . Bu çətin günlərimdə, amansız xəstəliyə qalib gəlməyimin də səbəbkarı siz və fədakar həkimlərimizdi. Xəstəxanada yatarkən sizin insansevərliyinizin bir daha şahidi oldum. Öz və ailəmizin adından sizə və rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun bütün əməkdaşlarına təşəkkür edirəm ! Allah Sizi qorusun!“,- deyə N. Teymurova qeyd edib.

Şükrlər olsun.