Niger Fransadan təzminat tələb etdibackend

Niger Fransadan təzminat tələb etdi

Niger rəhbərliyi Fransadan müstəmləkə talanına görə təzminat tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə hərbi rejiminin başçısı general Abdurahmane Çiani açıqlama verib.

O bildirib ki, ölkənin təbii sərvətlərinin yüz ildən artıq müstəmləkə yolla talan edilməsinə görə Fransadan təzminat tələb edirlər.

“Fransa müstəmləkə və neokolonial idarəçilik dövründə yüz ildən çox müddət ərzində bizim resurslarımızı nəzarətsiz şəkildə talan edib. Bunun üçün bizə təzminat ödəyəcək. Fransızların bütün borcları ödəməsi üçün ətraflı cədvəl tərtib edəcəyik və biz onlardan əbədi olaraq azad olacağıq. Biz öz suverenliyimizi tam bərpa etmək niyyətindəyik və bunun üçün Afrikanın ən yaxın tarixi ilə bağlı bütün arxiv məlumatlarını nəzərdən keçiərəcəyik”, – deyə Abdurahmane Çiani əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*