Nigerdə üsyançılara verilən vaxt bitirbackend

Nigerdə üsyançılara verilən vaxt bitir

Nigerdə üsyançılara Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) tərəfindən verilmiş müddət başa çatır, üsyançıların minlərlə tərəfdarı Niamey stadionuna toplaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri yazıb.

“Ultimatum bu gün axşam başa çatır və hələ ki, iyulun 26-da Niameydə hakimiyyətə gələn generallar heç bir güzəşt nümayiş etdirmirlər. Lakin Qərbi Afrika ölkələrinin hərbi müdaxiləsi perspektivi hələ də müəyyənlikdən uzaqdır”, – nəşr qeyd edib.

Xatırladaq ki, Nigerdə ​​üsyan iyulun 26-da başlayıb, hərbçilər ölkədə komendant saatı tətbiq edərək konstitusiyanın fəaliyyətini dayandırıblar. Onlar, həmçinin partiyaların işini qadağan ediblər. Hərbçilər Vətənin Müdafiəsi üzrə Milli Şuranın yaradıldığını elan ediblər və iyulun 28-də general Abdurahman Çiani Nigerin yeni lideri elan olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*