Nikol yalvardı, Putin isə imtina etdi – Kuznetsovbackend

Nikol yalvardı, Putin isə imtina etdi – Kuznetsov

Gəncəyə atılan raket zərbələri Ermənistan ordusunun hərbi darmadağınının və Ermənistanın mənəvi-siyasi süqutunun başlanğıcı oldu.

KONKRET.az xəbər verir ki, bu fikirlə rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov çıxış edib.

Onun sözlərinə əsasən, məhz 11 oktyabr 2020-ci ildə erməni hərbçilərinin həyata keçirdikləri vəhşilik aktı (“Skad” raketləri ilə Gəncəni atəşə tutması) Ermənistan ilə Azərbaycan arasındakı 44 günlük müharibənin əsas məqamlarından biri idi.

“Gəncəyə atılan raket zərbələri 2020-ci il Ermənistan-Azərbaycan müharibəsində bir növ “gerdönməzlik nöqtəsi” kimi qələmə alındı. Bu qeyri-insani akt həm də Ermənistan ordusunun hərbi məğlubiyyətinin, Ermənistanın hərbi-siyasi və mənəvi-psixoloji iflasının başlanğıc nöqtəsi oldu.

Məhz Ermənistanın bu hərbi cinayətindən sonra Kreml İrəvana siyasi dəstəyini qəti şəkildə dayandırdı. Müharibə davam edirdi. Artıq Ermənistan hakimiyyəti Azərbaycan əsgərinin gücü qarşısında aciz qaldığından Kremlin ayaqları altına sərildi. Nikol Putinə yalvarırdı…

Buna görə də, demək olar ki, Gəncəyə atılan raket zərbələri Ermənistanın tezliklə kapitulyasiya edəcəyinin bir ismarışı oldu”, – deyə o qeyd edib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*