Nikolayevin meri bütün sakinləri şəhəri tərk etməyə çağırdı: “Vəziyyət pisdir”backend

Nikolayevin meri bütün sakinləri şəhəri tərk etməyə çağırdı: "Vəziyyət pisdir"

Nikolayev şəhərinin meri Aleksandr Senkeviç bildirib ki, şəhərdə vəziyyət pisdir və rusların davamlı atəşi nəticəsində artıq 111 nəfər həlak olub. Mer vətəndaşları daha təhlükəsiz əraziyə köçməyə çağırıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Azadlıq” radiosuna bildirib.

“Ümumi vəziyyət çox pisdir. Hər gün atəşə tutuluruq. Ümumilikdə indiyədək şəhərimizdə 111 nəfər dünyasını dəyişib. Onlardan biri uşaqdır. 6-sı uşaq olmaqla 502 nəfər (iyunun 21-nə olan məlumata görə) yaralanıb. Bizi demək olar ki, hər gün müxtəlif növ mərmilərlə atəşə tuturlar. Mərmilərin təxminən 80%-i kasset tiplidir. Yəni “Smerç” və ya “Uraqan” kimi raket sistemləridir.
Hər kəsə şəhəri tərk etməyi tövsiyə edirəm. Hamı həyatda sağ qalmaq istəyir. Müharibənin nə vaxt bitəcəyini bilinmir. Hesablamalarımıza görə, Nikolayevin 480 min sakinindən təxminən 230 mini şəhərdə qalıb” deyə Senkeviç vurğulayıb. Mer tövsiyə edir ki, ukraynalı müdafiəçilər rusları Xersondan, hətta Krımdan çıxarmayanadək insanlar Nikolayevə qayıtmasınlar.

Onun sözlərinə görə, rus ordusu Xerson vilayətindən Nikolayevi atəşə tuturlar, ona görə də şəhərlər arasında məsafə az olduğundan əvvəlcədən sireni işə salmaq mümkün deyil.

Roman Göytürk, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*