“Niyə ermənilər Rusiyaya olan inamlarını itirirlər?” – Mikael Badalyanbackend

“Niyə ermənilər Rusiyaya olan inamlarını itirirlər?” – Mikael Badalyan

“Rusiya Xarici İşlər Nazirliyi və Avropa Parlamentinin Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrlə bağlı bugünkü açıqlaması bölgədə kimin həqiqətən də sülhün maraqlı olduğunu və kimin həqiqətin tərəfində olduğunu bir daha nümayiş etdirir”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış erməni bloger Mi\kale Badalyan bildirib.

O, daha sonra yazıb:

“Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi son vaxtlar Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissələrində insan tələfatına səbəb olan silahlı insidentlərlə bağlı “ciddi narahatlıq” ifadə etmiş, Avropa Parlamenti isə Azərbaycanın Ermənistan mövqelərini atəşə tutmasını, eləcə də işğalı pisləmiş, Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olmasını xüsusi olaraq vurğulamışdı. Bundan əlavə, Avropa Ermənistanın ərazisinə iddialarla bağlı Azərbaycanın təxribatçı bəyanatlarını qınayıb.

Mövcud geosiyasi vəziyyətdə hərbi müttəfiqimiz Rusiya isə KTMT-nin hərbi-siyasi blokunun üzvü olan Ermənistanı ərazilərini itirdiyinə görə müdafiə etmir, əksinə bizi düşmənlə tək qoyur.

Uzun illərdir ki, Azərbaycanın hücumu zamanı Rusiyanın öz müttəfiqini qoruyacağına əmin olan erməni cəmiyyətinin rəğbət və ümidlərinin ədalətli qiymətləndirə bilən Qərbin tərəfinə yönəlməsi təəccüblü deyil”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*