Uzun müddət prokurorluq orqanlarında yüksək vəzifə tutmuş tanınmış ailənin üzvü Ramin Qocayev vəkillik fəaliyyətinə başlayıb.
KONKRET.az Demokrat.az-a istinadən xəbər verir ki, Ramin Qocayev vəkillik fəaliyyətinə başlaması ilə əlaqədar Respublika Baş Prokurorluğunda tutduğu yüksək vəzifədən azad olunub.
Qeyd edək ki, Ramin Qocayev uzun illər polis sistemində yüksək vəzifələrdə çalışmış Nizami Qocayevin oğludur.
