Norveç Dövlət Pensiya Fondunun gəlirləri artıbbackend

Norveç Dövlət Pensiya Fondunun gəlirləri artıb

Dünyanın ən böyük suveren fondu olan Norveç Dövlət Pensiya Fondu (digər adı Neft Fondu) 2023-cü ilin sonunda rekord məbləğdə – 2,222 milyard kron (213 milyard dollar) gəlir əldə edib.

KONKRET.az “İnterfaks”a istinadən bildirir ki, milli valyutanın zəifləməsi və texnoloji şirkətlərin səhmlərinin bahalaşması da daxil olmaqla, investisiya gəlirləri 16,1% təşkil edib. Fond səhmlərə investisiyalardan 21,3%, sabit gəlir alətlərinə investisiyalardan 6,1%, bərpa olunan enerji mənbələrinə  investisiyalardan 3,7% gəlir əldə edib. Eyni zamanda, daşınmaz əmlak investisiyalarında isə  12,4% itkiyə məruz qalıb.

Norveç  Bank Investment Managementin baş icraçı direktoru Nikolai Tangen bildirib ki, yüksək inflyasiya və geosiyasi təlatümlərə baxmayaraq, fond bazarı 2023-cü ildə 2022-ci illə müqayisədə çox güclü olub, xüsusilə texnologiya ehtiyatları yaxşı performans göstərib. Kronun bir sıra əsas dünya valyutaları qarşısında dəyər itirməsi ötən il fondun dəyərini 409 milyard kron artırıb. Eyni zamanda fonda vəsait axını 711 milyard kron təşkil edib.

Fondun 30 dekabr tarixinə dəyəri 15,765 trilyon kron təşkil edib. İnvestisiya portfelinin 70,9 faizini səhmlərə, 27,1 faizini istiqrazlara, 1,9 faizini daşınmaz əmlaka, 0,1 faizini bərpa olunan enerji mənbələrinə yönəldib.

Xatırladaq ki, Norveç Dövlət Pensiya Fondu 1990-cı ildə yaradılıb. Fondun idarə edilməsinə cavabdeh olan Norveç Bank Investment Management, Norveç mərkəzi bankının bölməsidir. Hazırda fond dünyada  65 ölkənin  təxminən 8,86 min şirkətinin səhmlərinə sahibdir.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*