Növbəti 2 gün hava necə olacaq?backend

Növbəti 2 gün hava necə olacaq?

Martın 5-i və 6-sı Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin ayın 5-i səhər bəzi şəhərətrafı ərazilərdə az çiskin olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Azərtac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O deyib ki, bölgələrdə arabir yağıntılı hava şəraiti davam edəcək, dağlıq ərazilərdə qar yağacaq, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var:

”Martın 5-i gündüz yağıntıların tədricən kəsiləcəyi, martın 6-da isə havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Havanın maksimal temperaturu Aran rayonlarında 10-15, dağlıq ərazilərdə isə 0-5 dərəcə isti olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*