“Növbəti aylarda pandemiya ilə mübarizə çətinləşəcək” – Bill Qeytsbackend

“Növbəti aylarda pandemiya ilə mübarizə çətinləşəcək” – Bill Qeyts

“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts koronavirus pandemiyası ilə bağlı xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, Qeyts növbəti 4-5 ayın pandemiya ilə mübarizədə çətin olacağını bildirib.

O, peyvənd istehsalının yaz aylarında artacağını və nəzərəçarpacaq dəyişikliyin yaşanacağını deyib. Onun sözlərinə görə, ABŞ-da 2021-ci ilin yazına qədər həyat normala dönə bilər. Buna baxmayaraq, Qeyts tibbi maska taxmağın və sosial məsafə saxlamağın vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Bill Qeyts koronavirus peyvəndi araşdırmaları üçün bir çox şirkətə milyonlarla dollar sərmayə ayırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*