Keçən həftə Türkiyədə saxlanılan NTV-nin əməkdaşları – jurnalist Aleksey Petruşko və operator İvan Malışkin Rusiyaya qayıdıb.
KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” a çərşənbə axşamı NTV-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki: “Həmkarlarımız, Mərkəzi Televiziya proqramının işçiləri Aleksey Petruşko və İvan Malışkin artıq Moskvadadırlar. Gecə uçuşu ilə gələn jurnalistlərdə hər şey qaydasındadır”.
Xatırladaq ki, televiziya əməkdaşları “Bayraktar” PUA-larının istehsalı sahəsinə yaxın ərazidə icazəsiz çəkiliş apardıqlarına görə saxlanılmışdı.
KONKRET.az
