
Qazaxıstanın paytaxtı Nur-Sultanda inzibati binalardan birində güclü yanğın baş verib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri bürosu xəbər verir ki, hadisə Turan prospektindəki inzibati binada qeydə alınıb. Məlumata görə, “Qazaxmısa” şirkətinin ofisi məhz bu binada yerləşir. Həmçinin “Xan Şatır” ticarət və əyləncə mərkəzi isə yanğın baş verən binanın yaxınlığındadır. Nur-Sultan Fövqəladə Hallar İdarəsinin mətbuat xidməti hadisə yerinə 44 yanğınsöndürən və 11 texnika cəlb olunduğunu bildirib. Yanğınsöndürənlər isə hadisə yerinə 5 dəqiqə ərzində çatıblar. İlkin məlumata görə,”Qazaxmısa” ticarət mərkəzinin inzibati binasının dam örütü və fasadı yanır. Hazırda yanğının söndürülməsi istiqamətinddə iş aparılır.
