Obama Ukraynaya mələfə göndərirdi, Tramp isə… – Vensbackend

Obama Ukraynaya mələfə göndərirdi, Tramp isə... - Vens

ABŞ Prezidenti Donald Tramp Ukraynanın yaşaması üçün çox şey edib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.

Jurnalistlərdən biri Vensə “ABŞ niyə Polşaya təxminən 4000 əsgər göndərməkdən imtina edərək Rusiya Prezidenti Vladimir Putini “mükafatlandırmaq” qərarına gəlib?” sualını ünvanlayıb.

“Düzünü desəm, Ukraynanın Rusiyanın işğalında sağ qalmasını təmin etmək üçün Donald Trampdan daha çox iş görən prezident olmayıb”, – deyə Vens cavabında bildirib.

O əlavə edib ki, Barak Obama ukraynalılara mələfə verdiyi halda, Tramp onlara “Javelin” göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*