Rusiyanən Ukraynaya hücumu davam edir. Artıq Rus diversiya qruplarının Ukraynanın paytaxtı Kiyev yaxınlığında olduğu haqda məlumatlar yayılıb.
KONKRET.az xəbər verir ki, Rus ordusu Kiyevə hava zərbələri endirməklə yanaşı, həm də paytaxtda yerləşdirdiyi diversiya qrupları ilə küçə döyüşləri aparır.
Bu gün səhər saatlarından başlayaraq isə yenidən Odessada da hava hücumu sirenaları səslənib.
Yayılan video görüntülərdə sirena səsləri aydın eşidilir.
Buna baxmayaraq küçələrdə az da olsa insanların və avtomobillərin hərəkət etdiyi görünür.
Müşviq Tofiqoğlu
KONKRET.az
