“Oğlumu ermənilər öldürdü, xəyanətin qurbanı oldu” – Markaryanbackend

"Oğlumu ermənilər öldürdü, xəyanətin qurbanı oldu" - Markaryan

“Oğlumu ermənilər öldürdü, xəyanətin qurbanı oldu”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağda Vətən müharibəsi zamanı məhv edilmiş erməni hərbçinin anası Naira Markaryan mediaya müsahibəsində deyib.

Jirayr Markaryan müharibə zamanı Laçından qaçmış erməni ailəsinin ilk oğlu olub. Onun cəsədi, kimliyi müəyyən edildikdən sonra da, aylarla Abovyan morqunda saxlanılıb.

Yeganə oğlunun qalıqları onun ölümündən 9 ay sonra valideynlərinə təhvil verilib. Ölənlərin yaxınları axtarışda olan hərbçilərin Abovyan morqunun zirzəmisində torbalarda saxlanılan qalıqlarını aşkar etdikdən sonra ailəyə verilib.

“Döyüşlərin ən çətin günlərində oğlumdan son zəngi aldım. Onlar blokadaya düşüblər, bir neçə nəfər qaça bilib, amma oğlum öldü. İndi mən yenidən Qarabağa qayıtmaq istəyirəm.

Müharibədən əvvəl Anna Akopyan (Nikol Paşinyanın arvadı) demişdi: “Mehriban Əliyevanı Şuşaya çay içməyə dəvət edirəm, gəlsin, düz-əməlli görüşərik. Amma o zaman heç kimin ağlına gəlməzdi ki, o, Mehribanı niyə dəvət edir” , – deyə Markaryan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*