Çeçen analar Ukraynada məhv edilmiş “kadırovçular” üçün ağlayır.
KONKRET.az-ın 1Adat TG kanalına istinadla məlumatına görə, Ukraynada çoxlu sayda “kadırovçu” öldürülüb. Hazırda onların meyitləri Belarus morqlarındadır.
Yayılan səs yazısında öldürülənlərin bədənlərinin hissələrə parçalandığı, üzlərinin tanınmaz hala düşdüyü deyilir. Çeçen qadın bildirir ki, onlar Ukrayna ərazisinə kimi öldürülüblər, 7-8 nəfər sağ qalıb.
“Çoxlu sayda uşaqlarımız ölüb, əlləri yox, üzləri tanınmır. Meyitlərin sayı respublika sakinlərini şoka salmasın deyə cəsədlər Belarusa göndərilir. Heyif uşaqlarımızdan… Bizə bu müharibə lazım deyildi… Bizi hər iki müharibədə qırdılar…”, – deyə çeçen qadın ağlayır.
Məlumata görə, çeçen təhlükəsizlik qüvvələrinin cəsədləri yalnız müharibə bitdikdən sonra dəfn üçün göndəriləcək.
Xuraman Etibarlı,
KONKRET.az
