Oğulluğu Roza Zərgərlinin yalanını açdı: “Məni övladlığa götürməyib…”backend

Oğulluğu Roza Zərgərlinin yalanını açdı: “Məni övladlığa götürməyib…

Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor Corc Qafarova ev verilib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

KONKRET.az xəbər verir ki, C.Qafarovun evlə təmin olunması sosial mediada birmənalı qarşılanmayıb. Ailəsinin maddi imkanının yüksək olduğu halda, gənc aktyora ev verilməsi tənqidlərə tuş gəlib.

Corc Qafarov yenidən “Instagram”da paylaşım edərək, ev məsələsinə aydınlıq gətirib. O, həm də bu paylaşımı ilə analığı Roza Zərgərlinin yalanını üzə çıxarıb:

“Roza xanım məni rəsmi olaraq övladlığa götürməyib, mənə ev almayıb, bacardığı qədər əlimdən tutub, kömək edib. Mən və qardaşım evimizin olmadığına görə Sosial Xidmətlər Agentliyinə müraciət etmişdik, qurum da mənim və qardaşımın uşaq evində böyüdüyümüzü, dövlətin himayəsində təhsil aldığımızı və valideynimizi itirdiyimizi araşdırdıqdan sonra bizi mənzillə təmin etdi”.

Aktyor onu qınayanlara cavabında bildirib ki, ev sahibi olmaq onların da haqqlarıdır.

Qeyd edək ki, R.Zərgərli dəfələrlə mediaya açıqlamasında Corc Qafarovu övladlığa götürdüyünü və hətta onun üçün mənzil aldığını söyləyib. Lakin Corc bugünkü paylaşımı ilə R.Zərgərlinin yalanlarını ifşa edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*