Oğuzda 4 ədəd qumbara tapıldı – FOTOLARbackend

Oğuzda 4 ədəd qumbara tapıldı - FOTOLAR

DİN-in “102” Zəng Mərkəzi Xidmətinə Oğuz rayonu Bucaq kəndi ərazisində 2 ədəd şübhəli bağlamanın olması barədə məlumat daxil olub.

KONKRET.az DİN-ə istinadən xəbər verir ki, həmin ərazidəki bağlamalarda 4 ədəd qumbara və partladıcı olduğu müəyyən edilib. Ərazi dərhal mühafizəyə alınıb və ANAMA-nın əməkdaşları dəvət edilib.

Agentliyin mütəxəssisləri əraziyə baxış keçirib və oradan 4 ədəd F-1 əl qumbarası və 1 ədəd qumbara partladıcısı aşkarlanıb. Zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*