Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə, Oğuz rayonunun Xalxal kəndində, dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
KONKRET.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri cəlb edilib.
İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 1 ha sahədə quru ot və kol-kos yanır.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
