Oğuzda sərnişin mikroavtobusu YANDIbackend

Oğuzda sərnişin mikroavtobusu YANDI

Oğuz rayonunda mikroavtobus yanıb.

KONKRET.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

Belə ki, Etibar Nurəddin oğlu Şükürova məxsus 1 saylı şəhərdaxili marşrut avtobusu hərəkətdə olarkən anidən alışıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Oğuz Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində marşrut avtobusu tamamilə yanıb. Yanğın zamanı mikroavtobusda sərnişin olmayıb. Sürücü isə yanğından xilas ola bilib.

Faktla bağlı araşdırma aparılır.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*