Öldürülən “Əl-Qaidə” lideri Zəvahirini kim əvəz edəcək?backend

Öldürülən “Əl-Qaidə” lideri Zəvahirini kim əvəz edəcək?

Əfqanıstanın paytaxtı Kabildə “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əl-Zəvahirinin öldürülməsi gündəmdə qalmaqda davam edir. Bir tərəfdən Zəvahirini kimin əvəzləyəcəyi müzakirə olunur, digər tərəfdən isə “Əl-Qaidə”ni gələcəkdə nələr gözləyir sualına cavab axtarılır.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Seyful Adl təşkilata rəhbərlik üçün adı keçən namizədlərdən biridir.

O, 2001-ci ildə ABŞ-ın Əfqanıstana müdaxiləsindən qaçaraq İrana sığınıb.

Bildirilir ki, Adlın İranla münasibətləri onun liderliyinə mane ola bilər.

Qeyd edək ki, Ərəb baharından sonra “Əl-Qaidə”nin təsiri azalmağa başladı. Başda Afrika olmaqla bir çox bölgədə yerli terror təşkilatları yarandı. Əl-Zəvahirinin öldürülməsi təşkilatdakı bu parçalanmanı daha da sürətləndirək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*