Oleksandr Tkaçenko vəfat etdibackend

Oleksandr Tkaçenko vəfat etdi

Ukrayna Ali Radasının sabiq sədri Oleksandr Tkaçenko vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə aparıcı Mikola Kanişevski facebook hesabında paylaşım edib.

Qeyd edək ki, Tkaçenko 1994-cü ildən 1998-ci ilədək ölkə parlamentinin sədri müavini, 1998-ci ildən 2000-ci ilədək isə eyni qurumun sədri olub. O, 1994-cü ildən 2005-ci ilədək prezident olmuş Leonid Kuçmaya müxalif olub. O, əvvəlcə Kəndli Partiyasını, 2002-ci ildən isə Kommunist Partiyasını təmsil edib.

Son 10 ildə siyasətçi xəstə idi və əlil arabası vasitəsilə hərəkət edirdi. Yaşasaydı, martda 85 yaşı tamam olacaqdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*