Oleksiy Danilov: “Rusiya yeni hücuma hazırlaşır”backend

Oleksiy Danilov: “Rusiya yeni hücuma hazırlaşır”

“Rusiya fevralın 24-nə kimi Ukraynaya yeni hücuma hazırlaşır”.

KONKRET.az UNIAN-a istinadla xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oleksiy Danilov deyib.

O bildirib ki, Rusiya müharibənin ildönümünə qədər müəyyən nailiyyətlər əldə etməyə çalışacaq:

“Rusiya cəbhənin müxtəlif istiqamətlərində uğurlar əldə etməyə səy göstərəcək. Onların əsas məqsədi Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə çıxmaqdır. Qarşı tərəf artıq bir həftədir ki, Zaporojye istiqamətində yeni qoşun toplayır”.

Onun sözlərinə görə, Rusiyanın müharibədə qalib gəlmək şansı sıfırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*