Öldürülən hərbçilərin yaxınları ilə Baş nazirin köməkçisi Nairi Sarkisyan arasında hökumət binası yaxınlığında insident baş verib.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, 44 günlük savaşda məhv edilən kapitan İşxan Petrosyanın qızı Marqarita Petrosyan Sarkisyanın cavablarına qəzəblənib.
“Övladınızın cənazəsinə sevinəcəm, görərsiniz, məni atamdan məhrum etdiniz, xain, öləcəksiniz, yananacaqsınız”, – ölən erməni kapitanın qızı ağlayaraq deyib.
N.Sarkisyan: Qızımın 2,5 yaşı var, uşağıma niyə lənət oxuyursan?
– Mən də atamın uşağı idim, onu niyə öldürdün?
– Kim öldürdü?
– Sən öldürdün!
Həmin görüntüləri təadim edirik:
