“Olimpiakos” Bakıda qazona görə boyük problemlə üzləşəcək” – Yunan mətbuatıbackend

"Olimpiakos" Bakıda qazona görə boyük problemlə üzləşəcək" - Yunan mətbuatı

Yunanıstan mətbuatı “Neftçi”nin ev oyunlarını keçirdiyi “Bakcell Arena”nın durumu barədə mənfi fikir bildirib.

KONKRET.az Qol.az-a istinadla xəbər verir ki, Gargalianoionline saytı “Olimpiakos”un Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Bakıda “Neftçi” ilə keçirəcəyi görüşə toxunub.

Sayt yazıb ki, “Dinamo” Tbilisi ilə təsnifat mərhələsinin oyununda “Bakcell Arena”nın qazonu pis vəziyyətdə olub. “Bakıda “Olimpiakos” meydançanın keyfiyyətsiz qazonuna görə boyük problemlə üzləşəcək. “Neftçi” və “Dinamo”nun futbolçuları oyun zamanı tez-tez sürüşür, ot parçaları oyunçuların ayağına yapışırdı. “Dinamo” ilə matçda otun vəziyyəti daha da pisləşdi. Hətta “Neftçi”nin baş məşqçisi Samir Abasov da oyundan sonrakı mətbuat konfransında qazonun keyfiyyətsiz olduğunu qeyd etdi. O ümid etdiyini dedi ki, 2 həftə sonra “Olimpiakos”la görüşdə meydança yaxşı vəziyyətdə olacaq”.

Xatırladaq ki, “Neftçi”nin “Olimpiakos”la ilk oyununu iyulun 21-i Yunanıstanda, cavab matçı iyulun 28-i Bakıda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*