Oljas Bektenov Qazaxıstanın yeni baş naziri oldubackend

Oljas Bektenov Qazaxıstanın yeni baş naziri oldu

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzaladığı fərmanla Oljas Bektenovu Qazaxıstanın baş naziri vəzifəsinə təyin edib.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: “Dövlət başçısının fərmanı ilə Oljas Abayeviç Bektenov Qazaxıstan Respublikasının baş naziri təyin edilib”.

Bektenov 2024-cü ilin fevralından baş nazir postunu tuturdu, bundan əvvəl o, prezident administrasiyasına rəhbərlik edib. Yeni birpalatalı parlament seçildikdən sonra Nazirlər Kabineti istefaya getmişdi.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*