
Dövlət İdarəçilik Akademiyasında rayon rəhbərlərinin müavinləri, habelə rayon və şəhər rəhbərləri üçün təlim seminarı keçirilib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbirdə Ali Məclisin Senatının sədri Tənzilə Narbayeva çıxış edib:
“Prezident yoxsulluq problemi barədə boş yerə danışmadı, çünki bu problem ölkədə mövcuddur. Mən də sosial sahədə çalışmışam, amma yoxsulluqdan danışmaq qadağan edilmişdi. Biz onları “az gəlirli” adlandırırdıq”.
Tənzilə Narbayeva vurğulayıb ki, Özbəkistanda yoxsul insanların sayı təxminən 5 milyondur.
“Əgər problem barədə açıq danışılsa, müvafiq tədbirlər görüləcək”.
Senat sədri vurğulayıb ki, “hər bir qurum öz işini lazımi səviyyədə aparmalıdır”. O, çıxışında yerli sahibkarlığın inkişaf etdirilməsinin vacibliyindən danışıb.
Xatırladaq ki, prezident Şavkat Mirziyoyev parlamentdəki çıxışında ölkədə yoxsulluq səviyyəsinin təxminən 12-15 faiz olduğunu söyləmişdi.
