Ölümcül xəstəliyin mənbəyi bilindibackend

Ölümcül xəstəliyin mənbəyi bilindi

Ölümcül xəstəliyin mənbəyi təsdiqlənib.

KONKRET.AZ xəbər verir ki, Çində yayılan ölümcül koronavirusun heyvanlardan insanlara keçdiyi dəqiqləşib.

Bir neçə gün əvvəl xəstəliyin yarasa supu vasitəsi ilə keçdiyi iddia olunsa da, təsdiqini tapmayıb.

“Xinhua” informasiya agentliyinin məlumatına görə, virus Çinin Vuxan şəhərində yerləşən “Huanan Seafood Wholesales Market”dəki (Huanan dəniz məhsulları topdan satış mərkəzi) heyvanlardan insanlara yoluxub. Hazırda bağlanan satış mərkəzində əvvəllər tülkü, siçan, tovuzquşu, canavar və başqa heyvanlar da satılıb.

Qeyd edək ki, koronavirusun yayılması nəticəsində 106 nəfər ölüb. Xəstəliyə yoluxanların sayı 2700-dür.

Milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*