Ölümündən əvvəl 19 yaşlı tələbə qızın ifadəsi: “Ölümlə hədələdi, qaçmağa çalışdım”backend

Ölümündən əvvəl 19 yaşlı tələbə qızın ifadəsi: “Ölümlə hədələdi, qaçmağa çalışdım”

Türkiyənin İsparta şəhərində 19 yaşlı keçmiş sevgilisi Zafer Pehlivan tərəfindən öldürülən 19 yaşlı universitet tələbəsi Güleda Cankel cinayətdən 12 saat əvvəl polis bölməsinə gətirilib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, qız belə bir ifadə verib: “Zəfər boğazımı sıxdı. Əvvəl məni təhdid etdi, sonra “əvvəl səni, sonra özümü öldürərəm” dedi. Ondan qurtulmağa çalışdım”. İnsidentin təfərrüatı ortaya çıxıb. Belə ki, ötən il noyabrın 18-də saat 11.00-da İspartanın Fatih məhəlləsindəki 12 nömrəli mənzildə Tətbiqi Elmlər Universitetinin (İSUBÜ) Fotoqrafiya fakültəsinin tələbəsi Güleda Cankel köhnə sevgilisi Zafer Pehlivan tərəfindən ürəyindən bıçaqlanıb. Zafer Pehlivan qətldən 3 saat sonra polis bölməsinə gələrək təslim olub. Güledanın 17 saat yaşamaq üçün mübarizə apardığı və bu müddət ərzində 3 dəfə Zafer Pehlivanın əlindən qaçmağa çalışdığı bəlli olub. Noyabrın 19-da İsparta Ədliyyəsinə göndərilən Zafer Pehlivan tutularaq həbsxanaya göndərilib. Güleda Cankel Muğlanın Menteşe mahalındakı Ortaköy məhəlləsi qəbiristanlığında göz yaşları içində dəfn edilib. Təqsirləndirilən şəxs Güledanı istəmədən öldürdüyünü və peşman olduğunu söyləyib. Və nəticədə o, sərbəst buraxılıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*