“Onlar Azərbaycan cəmiyyətini təhlükə altına atırlar” – Deputatla MÜSAHİBƏbackend

"Onlar Azərbaycan cəmiyyətini təhlükə altına atırlar" - Deputatla MÜSAHİBƏ

Deputat Cavanşir Paşazadə KONKRET.az-ın suallarını cavablandırıb.
-Cavanşir bəy, bilirsiniz ki, 2018-ci ildən başlayaraq ölkəmizdə çox mühüm struktur islahatları aparılmaqdadır. Bu islahatlar nəticəsində vəzifəsindən suistifadə edən bir çox yüksək vəzifəli şəxslər həbs edilib. Növbəti aylarda da bu struktur islahatları davam edəcəkmi?
-Ölkəmizdə iqtisadi, siyasi, sosial və struktur islahatları aparılmaqdadır. Bu islahatlar 2018-ci ildə başlamayıb. Qeyd edim ki, bu islahatlar cənab Prezident İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən aparılmaqdadır. Sadəcə 2018-ci ildən başlayaraq bu islahatlar yeni bir mərhələyə qədəm qoyub. Təəssüf ki, vəzifə təyin olunan bəzi şəxslər cənab Prezidentin onlara göstərdiyi etimadı doğrultmur, vəzifələrindən suistifadə edirlər. Cənab Prezident keçirdiyi bütün müşavirələrdə qeyd edir ki, nazirlərin, deputatların və digər vəzifəyə təyin olunan şəxslərin hər biri xalqın xidmətində dayanmalı, vətəndaşların problemlərini həll etməlidir. Təəssüf ki, bəzi məmurlar insanlarımızın problemlərini azlatmaq əvəzində daha da çoxaldır, onları sıxma-boğmaya salırlar. Hətta bir qədər qabağa gedərək dövlətimiz tərəfindən təyin edilən sosial yardımları mənimsəyirlər. Bu, həqiqətən biabırçılıq və qəbul edilməyən addımlardır. Bilirsiniz ki, cənab Prezident o məmurlara dəfələrlə xəbərdarlıq edərək tutduqları vəzifəyə niyə təyin edildiklərini xatırlatdı. Lakin onlar bunu eşitməməzlikdən gəlib, öz çirkin əməllərini davam etdirdilər. Nəticədə də qanunun sərt üzü ilə qarşılaşdılar. Hesab edirəm ki, bu struktur islahatları davam etdiriləcək. Vətəndaşları incidən, vəzifəsindən suistifadə edən hər bir şəxs ciddi şəkildə qanunla cəzalandırılacaqlar. Dövlət tərəfindən aparılan bütün islahatlar insanlarımızın yaxşı yaşamasına və onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
-Bu gün bilirsiniz ki, ölkədə mövcud pandemiyaya görə 7 aya yaxındır ki, toy, nişan, yas və digər mərasimlərin keçirilməsinə qadağa qoyulub. Lakin bu qadağalara məhəl qoymayıb, toy, nişan və digər mərasimləri keçirən insanlar da az deyil.
– Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Bu pandemiya bir çox ölkələrin eləcə də bizin iqtisadiyyatımıza mənfi təsir göstərməkdədir. Cənab Prezident tərəfindən verilən operativ qərarlar nəticəsində koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Koronavirusun geniş yayılmasının qarşısını almaq üçün ilk olaraq insanların kütləvi şəkildə bir yerə toplaşdığı toy, nişan, ad günü və yas mərasimlərin kerçirilməsinə qadağa qoyuldu. Elə valideynlər və gənclərimiz var ki, aylardır ki, səbirlə pandemiyanın bitməsini gözləyir ki, şad günlərini arzuladıqları şəkildə keçirə bilsinlər. Bəli, doğru buyurursunuz ki, bu gün qoyulan qadağa məhəl qoymayan insanlar da var. Onlar tək özlərini deyil, bütün Azərbaycan cəmiyyətini təhlükə altına atırlar. Həmin insanlar bilirsiniz ki, qanunla sərt şəkildə cəzalandırılmaqdadırlar. Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, Operativ Qərargah tərəfindən qoyulan qaydalara əməl etsin.
-Cavanşir bəy, bu gün qardaşınız, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin doğum günüdür.
-Bəli, bu gün mənim qardaşım, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ad günüdür. Təəssüf ki, pandemiyaya görə doğum günü keçirə bilməyəcəyik. Çünki ilk öncə insan sağlamlığıdır. Qardaş kimi, əlbəttə, ona ilk öncə can sağlığı və işlərində uğurlar arzulayıram. Şeyxülislam Allahşükür Paşazadə yaxşı qardaş olmaqla yanaşı həm də qayğıkeş ailə başçısı və atadır. Allah onu bizə, ailəsinə, övladlarına çox görməsin.
Qeyd edim ki, biz qardaş olmaqla yanaşı, həm də iki yaxşı dost və sirdaşıq. Elə bir gün olmasın ki, mən qardaşımla danışıb, məsləhət etməyim.
Bu gün tək qardaşım Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin doğum günü deyil, həm də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da doğum günüdür. Bu gün Mehriban xanım Əliyeva cənab Prezidentlə birlikdə dövlətimizin inkişafı və uğurlu gələcəyi üçün çalışırlar. Bu gözəl gün münasibətilə Mehriban xanımı səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətində, dövlətçiliyimizin inkişafında, xalqın rifah halının daha da yaxşılaşdırılmasında davamlı uğurlar və yeni-yeni nailiyyətlər azrulayıram.
Nərgiz Mirzəyeva
  • Geber
    Avqust 26, 2020 - 20:59

    Akademikə savadsiz adam deyən Savadli insanlara ciddi bir çağirişla müraciyyət edirəm :
    _Əvvəla akademik hər halda kimisə öldürəndə savadli edib , savadsiz lomla ya kəlbətinlə öldürər kanalizasiyaya atar, qədim mazandaran gizli dərvişlərin unikal strategiyalarina istinadən . həmin strategiyalar müasir və keçmiş İngilis hökmranliqini rusca * korolevskoye iskustva ilə idarəçiliyini təmin etdiyindən mütləq etalon kimi savadliliqin ** dəyəri qəbul olunur . Mövzu ilə bağli həm ingilis həm də mazandaran dərviş strategiyalari ilə , biri biri ilə dostluq işgüzar əlaqəli və yaxud qohum :_iki aliçənab rütbədə olan insan və yaxud qrup arasinda müasir dildə moderator və yaxud azəricə razborka və yaxud yapon teatral xaarakey** üslübünda göz qaş etməklə mövqe bildirmək , qədim Xuyaxami * Knyazin dövründə yuyulmamiş qaşiq olardisa onun dilinin yarisini bir əlicənab insan , ikinci yarisini ikinci alicənab insan kəsməli idi . Sirr ondaydi , ki dillər kəsilən kimi , keçmişlə didişməık mənasizlaşirdi . Ranqi olmayan yəni bu həddə çatan düyünlü münasibətlərə * münaqişəyə yox ey savadli insan , münasibətlərə şəhr verə bilən insan olubdusa səsini çixartmayib , niyə? demirəm . Hə dostum bu dəqiqədən dost deyirəm sənə , əgər savadli insansansa mənə dostsan yazdiqimi oxudun atrtiq dədəmi də öldürsən artiq xəbərli oldun , anlaqli oldun istəsən də edə bilməzsən axi mən sənə dost dedim savadli insan dedim və oldun da , inkari da yoxdur .
    Hə dostum o iki alicənab insan , ki vardi , ki ey iki dostun həmkəndlisinin işinə qarişanin . ki dilini hərə bir hissəsini kəsdi , yenidən dostluq ittifaqinin baş tutmasi üçün kəsdilər :__yəni yarim saatıiq azərbaycan barişiqi izdivacinin nəhlət düstüürü olmamasi üçün kıəsdilər , dili mal dili kimi kəsəndən sonra yapon Knyazlari neynəyərdilər ? , tərəflərin hər iksi növbə ilə kimə qarşi haqsizliq əgər nə vaxtsa ediblərmiş sə əgər , yiğincaqin qarşisinda etiraf edir və zərərçəlmişə bir nəfərəin haqqi özünə qaytarilir , əgər tərəfin birində o haqq xərcləyibsə , misal Ramiz Mehdiyevin pulu yoxdursa , ikinci Knyaz İlham Əliyev aşaqi rütbədə ya yuxari onun borcunun əvəzini zərəçəkmişə qaytarmalidir söhbət bir nəfərdən gedir , rəyyətə elan edirlər . SONRA məşvərətlə qərara gəlirlər , ki şeypurçular insanlari meydana çağirisinlar Qazi elan edir , ki ey camaat ədalət hissini itirdiyiniz üçün Sizləri ədalətsizliklə müalicənin karantinin vaxti qurtardi . olunan ədalətsizliklər İlahi və yerli yeni məhkəmələrdə bundan sonra çaxilacaq , kimin toyuq cücəsi mali heyvani dədsini qəbri itkin düşübsə qaytarilacaq Demokratiya Padşahina Sizlərin yeni demokratik nökər niyazlarijnin sual cavabi varsa : təkliflər gəlsin . bildiyim bu qədərdir arxasi Allahdan və bir sağliq azadliq olsa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*